BMT ukraynalılar üçün narahatdır

Ukraynalılar üçün qışın necə keçəcəyi narahatlıq doğurur.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə komissarı Volker Türk deyib.

O, vurğulayıb ki, ruslar Ukraynanın enerji sistemini sıradan çıxarmağa çalışırlar və bu, qışın yaxınlaşması ilə çox təhlükəlidir: “Ukraynada mülki əhali Rusiya Federasiyasının xəstəxanalar, məktəblər və supermarketlər kimi mülki obyektləri hədəf alan davamlı hücumları və ölkə daxilində elektrik enerjisinin kəsilməsinə səbəb olan enerji infrastrukturuna davamlı hücum dalğaları səbəbindən terror dövrələrində tələyə düşüb”.

Bundan əvvəl məlum olmuşdu ki, avqustun 26-da Rusiyanın hücumu Ukraynada iki AES-in fəaliyyətini pozub. Dörd enerji bloku şəbəkədən ayrılıb.

Eyni zamanda bir gün əvvəl Ukraynadakı atom elektrik stansiyalarından birində baş verən insidentin təfərrüatları məlum olub və buna görə də onun gücü azalıb.

 

 

Gununsesi.info