Boksçularımız Macarıstandakı turniri iki medalla başa vurdu

  • Müəllif: Sənan
  • 18 May 2024 15:35

Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.

Gununsesi.info -nun verdiyi xəbərə görə, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Belə ki, Abbasqulu Şadlinski (71 kq) qızıl, Tağı Nəsibov (60 kq) isə gümüş medal qazanıb.