Borcla bağlı nələri bilməlisiniz? – Hüquqşünas

  • Müəllif: Orxan
  • 05 May 2026 10:59

Günümüzün ən mühim bir problem də borc məsələləridir.

Azərbaycan qanunvericiliyinə əsasən, borc müqavilələrinin mahiyyəti və tətbiq qaydaları vətəndaşlar və biznes subyektləri üçün mühüm hüquqi çərçivə yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu sahədə əsas qaydaları müəyyən edir.

Borc müqaviləsinə görə borcverən pul vəsaitini və ya digər əvəz edilə bilən əşyaları borcalana təqdim edir, borcalan isə həmin məbləği və ya eyni növ və keyfiyyətdə əşyaları geri qaytarmağı öhdəsinə götürür. Müqavilə məbləği 3000 manatdan artıq olduqda və ya tərəflərdən biri hüquqi şəxsdirsə, sənəd mütləq yazılı formada bağlanmalıdır.

Gununsesi.info-ya danışaq hüquqşünas Rəşad Səfərov bildirir ki, qanunvericiliyə görə, borcun verildiyi gün, vəsaitin faktiki olaraq borcalanın sərəncamına keçdiyi tarix hesab olunur. Nağdsız əməliyyatlarda isə bu, məbləğin bank hesabına daxil olduğu gün kimi müəyyən edilir.

“Maraqlı məqamlardan biri də budur ki, borcverən öz şirkətində pay və ya səhm alınması məqsədilə borc verə bilməz. Bu, maliyyə şəffaflığının qorunmasına yönəlmiş mühüm məhdudiyyətdir. Faiz məsələsinə gəldikdə isə, əgər müqavilədə konkret faiz dərəcəsi göstərilməyibsə, hesablamalar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə uyğun aparılır və qanunla minimum hədd də nəzərdə tutulur”, – deyə o qeyd edib.

Hüquqşünas həmçinin deyib:

“Eyni zamanda, faizlər yalnız ödənilməmiş əsas borc qalığına hesablanır və adətən müqavilə qüvvədə olduğu müddətdə hər ilin sonunda ödənilir. Borc daha qısa müddətdə qaytarıldıqda isə faizlər əsas borcla birlikdə ödənilməlidir. Qanun bir mühüm məhdudiyyət də qoyur: borcalanın etdiyi ödənişlərin sonrakı günlər üçün edilmiş kimi rəsmiləşdirilməsi yolverilməz sayılır”.

Orxan

Gununsesi.info