“Brent” neftin qiyməti cüzi ARTIB

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,38% artaraq 1 barelə görə 61,29 ABŞ dolları təşkil edib.

Gununsesi.infonun məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,14% artaraq 57,54 ABŞ dollarına bərabər olub.

 

Gununsesi.info