“Neftçi” tanınmış futbolçunu ALDI - FOTO

“Neftçi” heyətini tanınmış futbolçu ilə gücləndirir.

Gununsesi.info xəbər verir ki, “ağ-qaralar” Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.

 

Bununla bağlı klubun sosial şəbəkə hesabında video paylaşılıb. Azarkeşləri salamlayan 33 yaşlı forvard “Neftçi” üçün Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, “Portu” (Portuqaliya), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), “Beşiktaş” (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri Türkiyənin digər təmsilçisi “Hatayspor” olub.

"Neftçi" tanınmış futbolçunu ALDI

 

Gununsesi.info