Britaniya Qəzza sakinlərinə yardımı 3 dəfə artırıb

  • By ilhame
  • 25 Yanvar 2024 22:59

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın həcmini üç dəfə artırıb.

 

Gununsesi.info xarici KİV-ə istinadən bildirib ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

 

“Qəzza zolağındakı əzabların miqyası təsəvvür edilə bilməz. Bu çıxılmaz vəziyyətdə qalan insanlara kömək etmək üçün daha sürətli işlər görülməlidir. Qəzzaya yardımımızı üç dəfə artırdıq və Qətər kimi tərəfdaşlarla əməkdaşlıq həyati əhəmiyyətli yardım və avadanlıqların bütün ölkəyə çatdırılmasına kömək edəcək”, – D.Kemeron vurğulayıb.

 

Bundan əvvəl Devid Kemeron bildirmişdi ki, Fələstin dövləti yaradılmadan Yaxın Şərqdə davamlı sülhə nail olmaq mümkün deyil.

Gununsesi.info