Bryanskda helikopter qəzaya uğradı, ölənlər var - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 13 May 2023 20:41

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, uzun müddət şəhərin üzərində dövrə vurub, qəza özəl sektorda baş verib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

***

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisədə 6 ekipaj üzvü və 3 pilot həlak olub.

Gununsesi.info