Bu gün AYB-nin 13-cü qurultayı keçiriləcək

  • By admin
  • 26 Oktyabr 2022 09:40

Bu gün 8 illik fasilədən sonra Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq.

Gununsesi.info xəbər verir ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

İlk olaraq AYB-nin İdarə Heyətində təmsil olunan bir qrup şəxs Birinci Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edəcək.

Fəxri və Şəhidlər Xiyabanında əklilqoyma mərasimindən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurultay nümayəndələrinin saat 10:00-da qeydiyyatı başlayacaq. Qurultayın saat 11:00-da öz işinə başlayacağı vurğulanır.

Qurultayın iş qrafiki iki hissəli çıxışlardan ibarət olacaq. Bundan sonra qurultayda AYB -yə yeni sədrin və qurumun icraedici strukturunun tərkibinin yenilənməsi üçün səsvermə keçiriləcək.

Qeyd edək ki, AYB-nin 13-cü qurultayı 3 il gecikmə ilə baş tutur.

Gununsesi.info