Bu gün Azərbaycana yay gəlir

  • By admin
  • 21 İyun 2022 10:37

Bu gün Azərbaycana yay fəsli daxil olur.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a bildirilib ki, yay fəsli (yay günəş duruşu) iyunun 21-i saat 13:13-də ölkəmizə daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Gununsesi.info