Bu gün Eldar Həsənovun məhkəməsidir

  • By admin
  • 27 Avqust 2021 00:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq.

Gununsesi.info-nun xəbərinə görə, Eldar Həsənov məhkəməyə DTX-nın İstintaq Təcridxanasından gətiriləcək.

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Həsənov ittihamları qəbul etmədiyindən istintaqa hər hansı ifadə verməkdən imtina edib.

Gununsesi.info