Bu körpənin valideynləri axtarılır

  • Müəllif: Firuzə
  • 04 May 2026 21:58

Bakıda itkin düşmüş körpə tapılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

O bildirib ki, körpənin təxminən 2 yaşı var. O bu gün DİN-in Mehtiabad Polis bölməsi tərəfindən Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb və sığınacağa gətirilib.

Hazırda polis uşağın valideynlərini axtarır.

Gununsesi.info