Bu qanun siyasi plüralizmə, birləşmək, ifadə və dinc toplaşmaq azadlığına mənfi təsir göstərir - Aİ YENİ PARTİYALAR QANUNUNA QARŞI

Avropa İttifaqı (Aİ) Azərbaycanda partiyalar haqqında yeni qanunla bağlı narahtlığını ifadə edib.

Gununsesi.info xəbər verir ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında deyilir:

Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunun tətbiq etdiyi məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə, birləşmək azadlığı, ifadə azadlığı və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara mənfi təsir göstərmək riskinə malikdir hansı ki, bu hüquqlar demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.

Aİ Azərbaycanı Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında əvvəlki qanunla bağlı uzunmüddətli tövsiyələrini və yeni qanunla bağlı Venesiya Komissiyası və ATƏT/DİHİR-in 13 mart tarixli Rəyindəki tövsiyələri nəzərə almağa çağırır.

Siyasi partiyalar siyasi ifadənin əsas kollektiv vasitəsi kimi vətəndaşların siyasi iradəsinin ifadə olunmasına öz töhfəsini verir. Canlı, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir.

 

Gununsesi.info