Bu qətnamə tövsiyyə yox, təhdid xarakterlidir - NAQİF HƏMZƏYEV AVROPARLAMENTİN SƏNƏDİNİ ŞƏRH EDİR

  • By admin
  • 16 Mart 2023 11:28

“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi mövcud reallıqların təhrifindən ibarətdir və  çox ciddi yanlışlıqlar var. Xüsusilə, postmüharibə dövründə

baş verənlərə görə Azərbaycana qarşı ittihamlar var. Vəziyyəti öyrənmədən, dərindən təhlil etmədən və ən əsası qarşıdurmaların hansı səbəbdən yaranmasını bilmədən  ittihamlar yolverilməzdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında YAP-dan olan deputat Naqif Həmzəyev Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini şərh edərkən deyib.

Naqif Həmzəyev bildirib ki, bu qətnamə tövsiyyədən daha çox təhdid xarakteri daşıyır:

“İnsan hüquqları, məhkəmə-hüquq sistemi ilə bağlı məsələləri müzakirə etmək olar. Azərbaycan tərəfi də həmişə bu cür problemləri etiraf edib və həllinə nail olub. Amma konkret şəxsə olan qeyri-adekvat istintaqı, yaxud da məhkəmə hökmünü bütünlüklə ölkənin adına yazmaq olmaz. Sənəddə sanksiya çağırışları var. Hesab edirəm ki, bu, qarşılıqlı əməkdaşlığa ciddi zərbə vurur. Bu gün AZərbaycanın məhkəmə-hüquq sistemindəki islahatlar prosesində Avropa Şurasının, Avropa Komissiyasının maliyyələşdirdiyi layihələrin də xüsusi çəkisi var. Yəni ki, ir tərəfdən  əməkdaşlıq prosesi var, digər tərəfdən sanskiya tələbi qoyulur. Ümumiyyətlə, hesab edirəm ki, bu qətnamə tövsiyyə yox, təhdid xarakterlidir. Azərbaycan isə heç zaman təhiddlə iş görmür”. 

Naqif Həmzəyev, həmçinin sənəddə Azərbaycanın post müharibə dövründə guya mülki erməniləri öldürməsi, işgəncələrə məruz qoymasına dair əks olunanları da qərəzli mövqe kimi dəyərləndirib:

“Ermənilərdən fərqli olaraq, mülki azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilib. Xocalıda baş verənlər buna əyani sübutdur.” 

 

Mais

Gununsesi.info