Bu xəstəxananın direktoru işdən çıxarıldı

  • By Admin2
  • 17 Fevral 2026 13:49

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov işdən çıxarılıb.  

Gununsesi.info-nun xəbərinə görə, bu gün TƏBİB rəhbərliyinin müvafiq əmri ilə direktorun işinə son verilib.

Qeyd edək ki, S. Namazov 2025-ci ilin may ayından sözügedən vəzifədə çalışıb. Hələ ki, sabiq direktorun yerinə təyinat yoxdur. (Qafqazinfo)

Gununsesi.info