“By Ella” ləqəbli bloqer həbs edildi

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

Gununsesi.info  “Unikal”a istinadən xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

Gununsesi.info