Yaponiya səfirinə sərt xəbərdarlıq edildi

  • Müəllif: Orxan
  • 18 Avqust 2026 13:23

Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyadakı səfiri Akira Mutoya etiraz edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Etiraz Yaponiyanın Baş naziri və xarici işlər nazirinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Rusiyaya qarşı açıqlamalarına görə verilib.

“Rusiya tərəfi Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyi və yurisdiksiyasının sarsılmaz olduğunu bəyan edib. Yapon tərəfinin bu aşkar reallığı birbaşa və ya dolayısı ilə şübhə altına almaq cəhdləri tamamilə qəbuledilməz və qanunsuzdur”, – deyə məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Moskva adekvat əks tədbirlər görmək hüququnu özündə saxlayır.

Gununsesi.info