Fazil Mustafa: “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan”

  • Müəllif: Orxan
  • 18 Avqust 2026 11:10

Deputat Fazil Mustafa ona qarşı səsləndirilən ittiham və təhqirlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o, fikirlərinə “Allah sənə rəhmət etsin, Əbülfəz bəy!” sözləri ilə başlayıb.

Fazil Mustafa bildirib ki, müxtəlif siyasi və ictimai mövqeləri təmsil edən şəxslər ona qarşı eyni mövqedən çıxış edirlər.

“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, istədikləri böhtanı atırlar, istədikləri təhqiri yazırlar, əllərinə odlu silah düşən kimi də güllələyirlər!” – deyə deputat yazıb.

O, “İrançısı, cəbhəçisi, yurdçusu, qurdçusu” adlandırdığı qrupların dünyagörüş baxımından eyni mövqedə dayandığını qeyd edib.

Fazil Mustafa bu şəxslərin xalqın gələcəyi naminə aparılan mübarizəni əngəlləyə bilməyəcəyini vurğulayıb.

“Unudurlar ki, millətin aydınlıq gələcəyi üçün işıqlı insanlarımızla birlikdə bu yolda yürüşümüzü əngəlləmək mümkün deyil!” – deyə deputat əlavə edib.

Elmar

Gununsesi.info