2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16775,5 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə isə 320,1 milyon manat və ya 1,9 faiz az icra edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirlyinin açıqladığı məlumatda bildirilib.
2026 cı ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 11642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4188,2 milyon manatı və ya 25,0 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib. Ümumilikdə 2026-cı ilin birinci yarısında cari xərclərin qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına örtülməsi səviyyəsi 94,3 faiz təşkil edib.
2026-cı ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 19179,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 350,3 milyon manat və ya 1,9 faiz çox, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,2 faiz və ya 624,6 milyon manat azdır.
Gəlirlərin ötən illə müqayisədə az icrası fiskal dayanıqlılığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azaldılması ilə əlaqədardır.
2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin 8842,7 milyon manatı və ya 46,1 faizi vergi daxilolmalarının, 6420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3143,6 milyon manatı və ya 16,4 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 350,7 milyon manatı və ya 1,8 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 422,2 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların (28,2 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar) payına düşür.
2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə 7 verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
2026-cı ilin altı ayı üzrə məlumata əsasən, dövlət büdcəsində 2403,7 milyon manatlıq profisit yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 304,5 milyon manat və ya 11,2 faiz azdır.











