Onun sözlərinə görə, həm Rusiyanı, həm də İranı əhatə edən marşrutlar əsasən sınaqdan keçirilmiş, inteqrasiya proseslərinə əsaslanan layihələrdir.
Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Rusiyanın bu cür açıqlamaları bir daha göstərir ki, Moskva Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərpasında, əməkdaşlığın inkişafında qəti şəkildə maraqlı deyil.

“Rusiyanın verdiyi açıqlama tamamilə absurddur. Hazırda Cənubi Qafqaz regionunda nə Rusiyanın, nə də İranın geniş təsir imkanları qalmayıb. Hər iki ölkənin real təsir göstərə biləcəyi yeganə məkan Ermənistandır. Şübhəsiz ki, rusiyalı diplomat burada Zəngəzur dəhlizini nəzərdə tutur.
Bu dəhlizin gəlirliliyi və strateji əhəmiyyəti nə Rusiyadan, nə də İrandan asılıdır. Söhbət Orta Asiyanı və Çini Avropa ilə birləşdirəcək böyük bir meqa layihədən gedir”,-deyə o əlavə edib.
Ədalət Verdiyev qeyd edib ki, həm Rusiya, həm də İran bu layihədə iştirak etməkdə maraqlıdır:
“Çünki hər iki ölkə tətbiq edilən sanksiyalar səbəbindən faktiki olaraq blokada vəziyyətindədir.
Qafqazda bu cür layihələrin həyata keçirilməsinə maksimum təsir imkanı olan ölkə isə Azərbaycandır. Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihənin reallaşması mümkün deyil.
Bu tip bəyanatlar Rusiyaya qarşı Cənubi Qafqazda mövcud narazılığı və nifrət hissini daha da gücləndirəcək”.
Şəbnəm Rəhimova













