Cəlilabadda yol qəzası: xəsarət alanlar var

  • By admin
  • 04 Sentyabr 2022 13:36

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info