Cənubi azərbaycanlılar Üçnova şəhərində nəzarəti ələ keçirdilər -VİDEO

Ötən gecə Güney Azərbaycanda qəzəbli xalq Üçnova (Uşnəviyə) şəhərində nəzarəti tamamilə ələ keçirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, qəzəbli etirazçılar polis idarəsinə hücum edərək binaya od vurublar. Bununla bağlı yayılan kadrlarda şəhərdə atəş səsləri də eşidilir.

Lakin bir müddətdən sonra aksiyaçılar Üçnovada sərbəst şəkildə – heç bir polis müdaxiləsi olmadan yürüş ediblər.

Xatırladaq ki, İranda 22 yaşlı gənc qızın əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölməsi ilə ölkə boyu etiraz aksiyaları başlayıb

Gununsesi.info