Çavuşoğlu: "Azərbaycanla birlikdə davam edəcəyik"

  • By admin
  • 19 Dekabr 2021 11:56

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

“İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın Xarici İşlər naziri can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”, – Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında qeyd edib.

Gununsesi.info