Cəlilabad morquna gətirilən 34 yaşlı kişi sağ imiş - Qeyri-adi hadisə - YENİLƏNİB

  • By Günel
  • 15 Mart 2025 21:04

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

***

Cəlilabadda morqa gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib. Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin “meyiti” Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Məlum olub ki, intihara cəhd edən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir. Dərhal X.Quliyev Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Fakt araşdırılır.

Gununsesi.info