Çin ABŞ-ı İTTİHAM ETDİ "Bu, çətinlik yaradır"

  • By admin
  • 10 Sentyabr 2021 09:49

Çin Prezidenti Si Cinpin ABŞ lideri Co Bayden ilə telefon danışığında Vaşinqtonun son zamanlar Pekinə yönəlik siyasətinin iki ölkə arasındakı danışıqlarda ciddi çətinlik yaratdığını söyləyib.

Gununsesi.info xəbər verir ki, “ABŞ-ın Çinlə bağlı bir müddətdir yürütdüyü siyasət Pekin və Vaşinqton arasında iki ölkə xalqlarının əsas maraqlarına və dünyanın bütün ölkələrinin ümumi maraqlarına uyğun gəlməyən ciddi çətinliklər yaratdı” – Si Cinpin qeyd edib.

O, Çin və ABŞ-ın ən böyük inkişaf etmiş ölkələr olaraq qaldığını, bütün dünyanın gələcəyi və taleyinin, uğur qazanmalarının Pekin və Vaşinqtonun münasibətlərini düzəltməkdən asılı olduğunu vurğulayıb.

Gununsesi.info