Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.










