Çörəyin içindən siqaret kötüyü çıxdı

  • By Günel
  • 08 Fevral 2025 20:40

Bakıda sexlərdən birindən hazırlanan 65 qəpiklik çörəyin içindən siqaret kötüyü çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Yusif Məhəmmədoğlu sosial şəbəkə hesabında paylaşıb.

Məhsulun qablaşdırıldığı kağızın üzərində Bakı şəhəri, Nizami rayonu, A.Manafov 20 ünvanında yerləşən sexdə hazırlandığı qeyd olunub.

“Qarabağ Azərbaycandır” çörək zavodunun istehsalı olan məhsul “Ruzi” supermarketdən alınıb.

Gununsesi.info