Dağılan binanın podratçısı ölkədən qaçarkən tutuldu

  • By admin
  • 10 Fevral 2023 20:27

Türkiyədə zəlzələ nəticəsində dağılan “Rönesans Residence” adlı binanın tikintisi ilə məşğul olan podratçı saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Hatay bölgəsində yerləşən binanın podratçısı xaricə getmək istəyərkən hava limanında saxlanılıb.

İstanbul hava limanında saxlanılan şəxsin adı açıqlanmır.

Gununsesi.info