Rusiya XİN-dən Paşinyana sərt cavab

  • By admin
  • 10 Fevral 2023 20:48

“Əgər bu cür bəyanatlar Avropa İttifaqını (Aİ) müşahidəçilərini regiona sürüklənməsinə haqq qazandırmaq cəhdidirsə, bu cəhdi uğurlu saymaq olmaz”.

Gununsesi.info xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatına cavab olaraq bildirib.

Xatyırladaq ki, Paşinyan Aİ-nin monitorinq missiyasının məqsədlərindən birinin Qərbin, eləcə də Bakının şübhələrini aradan qaldırmaq olduğuni iddia edib. Baş nazir deyib ki, guya, Qərb tərəfdaşlarına Ermənistanın Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzü planlaşdırmadığına təminat vermək üçün bu addımı atır.

Zaxarova bildirib ki, Rusiya sülhməramlıları Qarabağın müəyyən ərazisində sülhü təmin edir: “Bizim hərbi sərhədçilər Ermənistan ərazisində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində fəlaiyyətdədirlər. Biz Bakının bununla bağlı narahatlığını heç vaxt eşitməmişik. Eyni zamanda Azərbaycanın Aİ-nin Ermənistanda müşahidə missiyasını yerləşdirmək qərarına tənqidi münasibətindən xəbərimiz var. Aydındır ki, Brüssel regionda formalaşmış təhlükəsizlik sistemini dəyişməyi hədəfləyir. Bu sistemin təməl daşı Rusiya hərbçilərinin və sərhədçilərinin regionda olması, eləcə də Ermənistanın KTMT-yə üzvlüyüdür. Təbii ki, nümayiş etdirilən ruh, siyasi iradə, üç ölkə arasında əldə olunmuş qərarların praktikada həyata keçirilməsi ümumi işin mühüm hissəsidir. Mən inanmaq istəyirəm ki, İrəvan bunu başa düşür və nəzərə alır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda, o cümlədən KTMT çərçivəsində müvafiq tendensiyalar da daxil olmaqla, Transqafqazda sabitliyin qorunması üzrə tədbirlərin təkmilləşdirilməsi üzrə erməni tərəfdaşlarla dialoqa açığıq”.

Gununsesi.info