Dayısından Natəvan Babayevanın xəstəliyi ilə bağlı iddia - VİDEO

  • By admin
  • 21 İyul 2023 14:15

“Onu düzgün müalicə etmədilər. Dedilər, allergiyadır. Halbuki, xəstəliyi başqa idi”.

Bu sözləri ötən gün xərçəng xəstəliyindən vəfat edən tanınmış telejurnalist Natəvan Babayevanın dayısı Zabil Babayev Baku TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir neçə ildir xərçəngdən əziyyət çəkən jurnalistin ölümünə həkim səhlənkarlığı səbəb olub.

Natəvan Babayevanın qardaşı Xaqani Babayev bacısı ilə bağlı xatirələrindən danışıb.

“İki qardaş, bir bacı olmuşuq. Natəvan bizim üçün bacıdan da artıq olub. Hər işimizdə öndə olub. Böyükdən-kiçiyə hər kəs onun xətrini çox istəyib”.

Daha ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info