Deputatdan statusuna uyğun olmayan açıqlama - TALIBOVLARIN MÜLKLƏRİ ƏLİNDƏN ALINSIN!

  • By admin
  • 01 Dekabr 2022 09:33

Milli Məclisin deputatı Etibar Əliyev deputat statusuna uyğun gəlməyən açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ailəsinə məxsus Dubaydakı mülklərinin onların əlindən alınmasını təklif edib.

HTML tutorial

Deputat deyib ki, Talıbovların Dubay mülkləri onların əlindən alınmalı və həmin pullar Qarabağfakı tikinti üçün xərclənməlidir.

Qeyd edək ki, əmlakdan məhrum edilmə konstitusiya və digər qanunvericilik aktları ilə qadağandır.  Əmlakdan müsadirə yalnız məhkəmənin müvafiq qərarları ilə baş tuta bilər.

Milli Məclis deputatının bunu bilməməsi isə başqa bir biabırçılıqdır.

Afət Abbasova 

Gununsesi.info