Deputatdan təklif: Qarabağın baş planı yaradılsın

  • By admin
  • 25 Dekabr 2020 16:59

“Müharibə edən ölkələrin təkcə orduları savamır, həm də büdcələri savaşır. İki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə faşizm, digər tərəfdə isə sülhhsevər millət”.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan Azərbaycanın təkcə şərəfini müdafiə etmədi, həm də dünyaya nümunə göstərdi:

“2021-ci ilin büdcəsinə haqlı olaraq Qarabağ büdcəsi kimi baxırıq. Ona görə də 2021-ci il Qarabağ ili olacaq. Ordu da öz işini gördü. Qarabağın baş planı hazırlanmalı, ərazilər minalardan təmizlənməli, insanlar yurd-yuvasına qayıtmalıdır.

Deputatın  sözlərinə görə, yeni ildə əhalinin sosial müdafiəsinə xüsusi diqqət edilməli, xırda məmurların özbaşınalığının qarşısı alınmalıdır.

Gununsesi.org