Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan altı nəfər tapılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.






