Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdilər

  • By Admin2
  • 19 Yanvar 2026 12:19

Diplomatik korpusun Azərbaycanda akkreditə olunmuş nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

Gununsesi.info xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.