Dneprdə ölənlərin sayı 29-a çatıb

  • By admin
  • 15 Yanvar 2023 21:08

Rusiya ordusunun Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.

Gununsesi.info