Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı nə qədərdir? - Sahil Babayev açıqladı

  • Müəllif: Orxan
  • 01 İyun 2026 14:16

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı artıb.

Gununsesi.info xəbər veriur ki, bunu maliyyə naziri Sahil Babayev Azərtac-a müsahibəsində bildirib.

O qeyd edib ki, ötən ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 53 faiz olduğu halda, bu il həmin göstərici 57,4 faizə çatıb.

Nazir həmçinin onu da qeyd edib ki, qeyri-neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 372 milyon manat və ya 5 faiz artıb.

Gununsesi.info