Dünyanı təhdid edən ərzaq böhranı - ABŞ hərəkətə keçdi

  • By admin
  • 14 İyun 2022 12:38

ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra əhəmiyyətli dərəcədə artan qlobal ərzaq böhranı çağırışlarına cavab olaraq fəal hərəkət edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi Tviter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Kremlin Ukraynada səbəbsiz müharibəsi qlobal ərzaq təhlükəsizliyi böhranını sürətləndirir. BMT hərəkətə keçir və aclığa son qoymaq üçün 2,6 milyard dollarlıq humanitar ərzaq yardımı və növbəti 5 il ərzində daha 5 milyard dollar ayırmağı vəd edib” – məlumatda vurğulanıb.

Dövlət Departamenti 2021-ci ildə 193 milyon insanın ərzaq qıtlığı yaşadığını əlavə edib. “Bu ilin sonuna kimi onların sayının 40 milyon nəfər artacağı proqnozlaşdırılır” – deyə, qeyd edilib.

Gununsesi.info