Elçin Quliyev keçmiş işçisinə məhkəmədə uduzdu

  • By admin
  • 04 İyun 2021 10:28

Dövlət Sərhəd Xidmətiinin  Zaqatalada yerləşən sərhəd zastavasında sabiq rəisi müavini Fərid Əzizli DSX rəisi general-polkovnik Elçun Quliyevi tənqid etdiyi üçün məhkəməyə verilib.

Bu barədə Gununsesi.info-ya açıqlamasında Fərid Əzizli bildirib ki, buna səbəb sosial şəbəkələrdə etdiyi tənqidi çıxışlar olub: “Əvvəlcə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdı ki, “Youtube”dakı çıxışlarımda “işgüzar nüfuzunu”  pozmu.am. Buna görə məndən 50 min manat təzminat və Yotube də çıxış edərək işlətdiyim ifadələri təkzib etməyimi istəyirdilər. Belə ki, prosesə rəhbərlik edən Hakim Mütəllim İsayev 03 sentyabr 2020 ci il tarixdə DSX rəhbərliyinin 50 min manat təzminat iddiasını rəddinə dair qərar qəbul etdi. Birinci  məhkəməm davam etdiyi müddət ərzində DSX-in rəisi “Youtube” da  daha başqa bir çıxışıma görə Lənkəran Rayon məhkəməsində ” işgüzar nüfuzun pozulması” ilə əlaqədar yeni iddia qaldırdı. 

Hakim Rəşad Məmmədov rəhbərlik edirdi. Bu iddia da rədd edildi. İndi bu qərarla razılşmayan general-polkovnik Lənkəran Rayon Məhkəməsinin qərarından Şirvan Apeliyasiya məhkəməsinə Şikayət edib”.

Fərid Əzizli deyir ki, haqsız olduğu üçün Elçin Quliyevin apellyasiya şikayəti də rədd edilib.

 

Gununsesi.info