Eldar Mahmudovun 15 il həbsə məhkum etdiyi rəis azadlığa çıxır

AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsinin, Prezident yanında Xüsusi İdarənin Bakı şəhər şöbəsinin rəisi kimi mühüm vəzifələrdə xidmət etmiş polkovnik Emil Süleymanov 15 ildən sonra azadlığa çıxır.

Qeyd edək ki, Emil Süleymanov 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Onun həbsinə səbəb kimi ölkə başçısının Bakı Hava Limanıdakı otağına dinləmə qurğusu qoyması göstərilsə də bu barədə real sübut yox idi.

Ancaq o, ölkənin məhkəmə-hüquq sisteminin mövcud reallıqlarında günahsızlığını sübut edə bilmədi.

Gununsesi.info