Eldar Mahmudovun Ali Məhkəmədəki adamı da “vuruldu”

  • By admin
  • 24 İyun 2022 19:09

Ali Məhkəmənin hakimi Fərhad Kərimovun hakimlik səlahiyyətinə xitam verilib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı qərar onun 65 yaşının tamam olması ilə əsaslandırılıb.

Bununla belə əldə etdiyimiz məlumatda qeyd olunur ki, Fərhad Kərimov səlahiyyət müddətinin artırılmasına  çalışsa da bu cəhdləri fayda verməyib.

Buna səbəb isə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyətinin törətdiyi cinayətlərin hüquqi status almasında birbaşa onun rolunun olmasıdır.

Belə ki, MTN tərəfindən şərlənərək həbs edilən əksər vətəndaşlar barəsindəki saxta hökmləri o, qüvvədə saxlayıb.

Qaynağımızın məlumatına görə, MTN tərəfindən həbs olunan bütün vətəndaşların kassasiya şikayətləri hər zaman Fərhad Kərimovun icraatına verilib.

“MTN işi” ilə bağlı məhkəmələrdə Fərhad Kərimovun adı dəfələrlə çəkilib.

 

Afət Abbasova

Gununsesi.info