Elmar Vəliyevdən xəbər var - SABİQ İCRA BAŞÇISI BAKIDA BİNA TİKİR+ özəl

  • By admin
  • 16 Noyabr 2022 09:04

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən xəbər var.

Sabiq icra başçısına yaxın mənbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, Elmar Vəliyev Bakıda tikinti biznesinə başlayıb.

Onun bu iş üçün Türkiyədən gəlmiş iş adamları ilə ortaq razılaşmasının olduğu deyilir.

Vəliyevə yaxın mənbə onu da bildirib ki, sabiq başçının anlaqsız olması barədə cəmiyyətdəki fikir yanlışdır.

Elmar Vəliyev gununun bir neçə saatını özünə məxsus ofisdə keçirir. Görüşləri olur, biznesini idarə edir” deyə mənbəmiz əlavə edib.

Qeyd edək ki, Elmar Vəliyevin vəkilləri  ona qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərovun məhkəməsinə sabiq başçının anlaqsız olmasına dair həkim rəyi təqdim etmişdilər.

Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası prosesləri Elmar Vəliyevin iştirakl olmadan aparıb.

 

Mayis

Gununsesi.info