“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə bağlı Bakıda keçiriləcək hərbi paradda iştirak etmək üçün Azərbaycana səfər edəcək”.
Onun sözlərinə görə, Türkiyə lideri Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.













