Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edildi

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 10:29

Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.

Bu barədə Gununsesi.info -ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.

3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.

Gununsesi.info