Ermənilər Tərtər pambıq zavodunu vurdu

  • By admin
  • 19 Oktyabr 2020 16:29

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Gununsesi.info bu barədə “Report”-a istinadla xəbər verir.

Bu gün günorta saatlarında düşmən Tərtərin Qaraqoyunlu kəndi ərazisində yerləşən pambıq zavodunu atəşə tutub.

Nəticədə zavodda güclü yanğın başlayıb.

Gununsesi.info