Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

  • By ilhame
  • 29 Yanvar 2024 21:58

Ermənistanın “Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

 

“Fly Arna” aviaşirkətinin uçuşları sistemdə olan dəyişikliklərlə əlaqədar hazırda dayandırılıb”, – məlumatda deyilir.

 

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın dövlət maraqları fondu tərəfindən təsis edilib. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi.

 

Gununsesi.info