“Ermənistanın hücumları gəncəliləri qorxuda bilməz” - HİKMƏT HACIYEV

  • By admin
  • 04 Oktyabr 2020 12:45

“Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb.

Gununsesi.info