
Fələstin İslami Cihad Hərəkətinin lideri Ziyad Nahale Qərbi Şəriədəki toqquşmalarla bağlı açıqlama edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran mətbuatına danışan Baş katib Zihad Nahale rəsmi Tehranla münasibətlərin yaxınlaşmasına toxunaraq İranın dəstəyindən və təcrübələrindən yararlandıqlarını, bu dəstək istiqamətində silah emalını gerçəkləşdirdiklərini bildirib.
“Fələstin dirənişi addım-addım irəliləyirsə, bu mövzuda təcrübə sahibi olunursa, bu, İran İslam Respublikası ilə olan münasibətlər sayəsində olub. Texniki, təcrübi və ərazi səviyyəsində yürüdülən çalışmalar var. Bu Fələstin xalqının təminatı üçün işbirliyidir”.
Nahale Qərbi Şəriədə İranın Ali Dini Lideri Ayətullah Xameneyinin təlimatı ilə silahlandırıldıqlarından bəhs edib.
Xameneyidən “rəhbər” olaraq bəhs edən Nahale daha sonra bunları deyib:
“Rəhbərlik Qərbi Şəriədə silalandırmaq istədiyində, əslində, məsələ düşmənlə toqquşmaq üçün yox, həssas bir bölgəni əlində saxlamaqdır. Qərbi Şəriənin önəminin fərqində olmağımıza baxmayaraq, onun tövsiyyəsinə istinadən, bu durum qardaşlarımızın bu davaya diqqət etməsində çox təsirli oldu. Bölgədəki uzlaşma layihəsini arayan bütün ölkələr Qərbi Şəriə məsələsinə ümumi olaraq həm Qəzza, həm də Qərbi Şəriədəki dirəniş mövqeyinə qarşı durmaqdadır”.
Tərcümə: Arzu