Fazil Mustafa: “Moskvadakı təxribata görə Rusiya məsuliyyət daşıyır”

  • Müəllif: Orxan
  • 28 Avqust 2026 07:20

Milli Məclisin deputatı Fazil Mustafa Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında baş verdiyi bildirilən təxribatla bağlı sərt mövqe ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa bildirib ki, hadisəyə görə birbaşa Rusiya dövlətinin məsuliyyət daşıdığını düşünür:

“Moskvada səfirliyimizin qonaq evi qarşısında törədilən təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır. Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir”.

Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna dövlətinə və xalqına yaşadılanların məsuliyyəti hələ də tam dərk edilməyib.

Onun sözlərinə görə, Azərbaycanın da hədəf seçilməsi təsadüfi deyil:

“Azərbaycanı hədəf olaraq seçmək səbəbsiz sayılmaz. Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna”.

Fazil Mustafa, eyni zamanda, Rusiya ilə münasibətlərdə ehtiyatlı və təmkinli siyasətin davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Bütün hallarda etirazlarımızı ortaya qoymaqla yanaşı Rusiya ilə ehtiyatlı və təmkinli siyasət aparmağa davam etməliyik”.

Orxan
Gununsesi.info