FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirdi - FOTO/VİDEO

  • By admin
  • 18 Aprel 2022 12:29

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Lənkəran şəhəri, Göyşaban kəndinin ərazisində “Fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti ilə yanaşı, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri də iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlararası qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılması, şəxsi heyətin fövqəladə hallarla mübarizə üzrə vərdişlərinin yüksəldilməsi olub.

Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və yanğın-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Gununsesi.info