“Financial Times”: Türkiyənin məşhur bankları Rusiyaya görə sanksiyalara düşəcək -ABŞ və Aİ Rusiyaya qarşı sanksiyalara görə Türkiyəyə təzyiqi artıracaq

  • By admin
  • 15 Sentyabr 2022 13:52

“Financial Times” qəzeti ABŞ və Avropa İttifaqının Rusiya sanksiyaları ilə bağlı Türkiyəyə təzyiqlərini artırmağa hazırlaşdığını yazıb.

Gununsesi.info-nun bildirdiyinə görə, məqalədə Moskvanın  Türkiyə bank sistemi vasitəsilə sanksiyalardan yan keçməyə çalışdığı deyilir.

Qəzetə danışan iki Qərb rəsmisi ABŞ-ın diqqətini Mir ödəniş sistemi ilə inteqrasiya olunmuş türk banklarına yönəltdiyini bildirib.

Həmçinin, məqalədə  Brüsselin narahatlıqları birbaşa çatdırmaq üçün Ankaraya nümayəndə heyəti göndərməyə hazırlaşdığı da yazılır:

“Prezident Ərdoğa  avqust ayında verdiyi açıqlamada, Türkiyənin 5 bankının Rusiyanın Mir kartı üzərində işləməyə davam etdiyini söylədi.  Bu, Rusiyadan gələn turistlər üçün çox, çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Təbii ki, bu, həm onlar, həm də bizim üçün çox, çox rahatlaşdırıcı sistemdir”.

Financial Times-ın xəbərinə görə, Qərb paytaxtları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək əvəzinə, mövcud sanksiyaları sərtləşdirməyə çalışırlar.

Qəzetə danışan qərb rəsmisi üçüncü ölkələrin maliyyə qurumlarına Rusiyanın “Mir” sistemi ilə inteqrasiya olunmaması ilə bağlı aydın mesaj veriləcəyini bildirir.

İkinci bir məmur Financial Times-a “boşluqları bağlamalıyıq” dedi, Türkiyəni birbaşa hədəfə alıb:

“Biz boşluqları bağlamalıyıq”.

“Financial Times”ın araşdırmasında “Mir”  ödəniş sistemini emal edə biləcək beş bankın Vakıfbank, Ziraat Bank, İş Bankı, DenizBank və Halkbank olduğu bildirilir.

Xəbərlə bağlı qəzetə açıqlama verən İş Bankı rəhbərliyi, “Mir” sistemi ilə bank əməliyyatlarının sanksiyaları diqqətlə nəzərdən keçirərək edildiyini açıqlayıb.

Visa və Mastercard sanksiyalardan sonra Rusiyadakı fəaliyyətini dayandırıb.

Ukrayna Mərkəzi Bankının prezidenti Kirilo Şevçenko Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Vyetnamın Rusiyanın “Mir” ödəniş sistemini bloklamaq istədiyini bildirib.

Afət Abbasova

Gununsesi.info