Fransa polisi Parisdə prezident Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayında axtarışlar aparıb.
Gununsesi.info “Le Canard Enchaîné” nəşrinə istinadən xəbər verir ki, hadisə dövlət müqavilələrinin şübhəli şəkildə eyni şirkətə verilməsi ilə bağlı başlanmış genişmiqyaslı araşdırmanın bir hissəsidir.
Qeyd edək ki, son aylarda Fransada yüksəksəviyyəli dövlət qurumlarına və texnoloji nəhənglərə qarşı hüquqi təzyiqlər artıb. Fevral ayında Avropol və jandarma qüvvələri “X”in ofislərində də axtarışlar aparmışdı. Həmin iş çərçivəsində platformanın sahibi İlon Maskın da Paris prokurorluğu tərəfindən “pulsuz dinləməyə” dəvət edildiyi bildirilir.












